İSRAİLİN BİZNES DAİRƏLƏRİ AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MvARAQLIDIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1297
			
	
        
		
			
		
		
	
	
		İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin  iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən  bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. İsraildə açılan Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri iş adamları arasında əməkdaşlığın genişlənməsi üçün yeni mexanizmlərdir və qeyri-neft ixracının artırılması, biznes və investisiya mühitinin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunması, həmçinin turizm əlaqələrinin inkişafına fayda verəcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				