İSRAİL QURU QOŞUNLARI LİVAN VƏ İRANDA ƏMƏLİYYATLAR KEÇİRDİ

İsrail Quru qoşunları Livanın cənubuna daxil olub.Bu barədə İsrailin “Kanal 12” televiziyası bilgi yayıb. Verilən bilgiyə görə, İsrail ordusu bir neçə mövqeyə nəzarəti ələ keçirib. MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatları keçirib. Bu barədə “Əl Ərəbiyyə” bilgi yayıb.Verilən bilgiyə görə, İsrail xüsusi təyinatlı qüvvələri MOSSAD agentlərinin dəstəyi ilə bazar ertəsi gecə İran ərazisində əməliyyat keçirib.İsrail məsələ ilə bağlı şərh verməyib. İranda öz növbəsində İsrailin hücumlarından sonra, cavab zərbələrinə başladı. Belə ki, İran ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə yeni raket zərbələri endirib. Bu barədə İranın Dövlət Televiziyası bilgi yayıb. İsrail mətbuatı isə ölkənin əksər ərazilərində həyəcan siqnalının işə düşdüyünü yazıb.