İLQAR MAHMUDOV ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNİ EHTİRAMLA YAD ETDİ
Baxış sayı: 15
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Zərqava kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, habelə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri və görülən abadlıq-quruculuq işləri barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib.Kənd sakinləri əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Səyyar qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Zərqava kəndinin mərkəzində inşa olunan Şəhidlər bulaq-xatirə kompleksinin, həmçinin təhsil müəssisəsindəki Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
