İLQAR MAHMUDOV KƏND SAKİNLƏRİNİN PROBLEMLƏRİNİ DİNLƏDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Əlik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, eləcə də rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, regionların inkişafı istiqamətində görülən işlər, həmçinin Quba rayonunda icra olunan layihələr barədə kənd sakinlərinə ətraflı bilgi verib.Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib, bəzi məsələlərin araşdırılması və nəzarətdə saxlanılması üçün qeydiyyata alınması təmin edilib. Kənd sakinləri əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, kənd və qəsəbələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Səyyar qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qırızdəhnə kəndində yaradılan Şəhidlər xatirə bulağını ziyarət edib, Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək abidənin önünə gül dəstələri düzüb.