İLHAM ƏLİYEV BÖYÜK KƏSİK–AĞGÖL AVTOMOBİL YOLUNUN TİKİNTİSİNƏ İKİ MİLYON İKİ YÜZ MİN MANAT AYIRIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1323
			
	
        
		
			
		
		
	
	
		Prezident İlham Əliyev avqustun 2-də Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə  bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
    
        
                    
            
	
	
				
				
		
	
	
				