İCRA BAŞÇISI MİRZƏQIŞLAQ KƏNDİNDƏ OLUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 700
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Birinci  Nügədi kənd inzibati ərazi dairəsinin Mirzəqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				