GÜNDƏ İKİ STƏKANDAN ÇOX ÇAY İÇMƏK LAZIMDIR

Qara çayın ömrü uzatmağının yolu müəyyən edilib. Qafqaz TV Medicina.az-a istinadən xəbər verir ki, britaniyalı həkimlər tərəfindən aparılan araşdırmada çayın ürək-damar sistemi üçün faydalı olduğu qənaətinə gəlinib. Tədqiqatçılar yarım milyondan çox 40-69 yaş arası qadınlar və kişilərin məlumatlarını təhlil edərək, çay içmə vərdişinin ömrü uzada biləcəyi qənaətinə gəliblər: "Mütəmadi çay istehlakı on il ərzində ölüm hallarını 9-13% azalda bilər”.Çay, eyni zamanda, pəhriz üçün də yaxşı vasitədir, çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. İçərisinə faydalı bitkilər əlavə edilməklə çay içilməsi artıq kalori və çəkidən azad olmağa kömək edir. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.Onların fikrincə, buna nail olmaq üçün gündə iki stəkandan çox çay içmək lazımdır. Təbii ki, çay təbii, iri yarpaqlı, qatqısız və yaxşı dəmlənmiş olmalıdır.