GÖYQURŞAĞI EVKALİPT AĞACI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1647
			
	
        
		
			
		
		
	
	
		Filippin və Havay adalarında bitən “Göyqurşağı” evkalipti göyqurşağını xatırladır. Onun qabığı öz gözəl rəngləri  ilə seçilir. Ağacın öz qabığını dəyişmə xüsusiyyəti var və qabıq köhnəldikcə rəngi müxtəlif rənglərə çalır. Əvvəlcə o açıq yaşıl, sonra tünd yaşıl, daha sonra mavi rəngin müxtəlif çalarları, sonra isə çəhrayı rənglə narıncı rəngə boyanır. Qabıq soyulmağa başladıqda qəhvəyi rənglə çəhrayı rəngin qarışığından ibarət bir rəngdə olur.
    
        
                    
            
	
	
				
				
		
	
	
				