FLORA KƏRİMOVAYA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÜ VERİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1348
			
	
        
		
			
		
		
	
	
		Prezident İlham Əliyev iyulun 31-də Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün  verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
    
        
                    
            
	
	
				
				
		
	
	
				