FHN-İN QÜVVƏLƏRİ TÜRKİYƏDƏ KƏMƏRKÖY VƏ YENİKÖY İES -LƏRİNİ MÜHAFIZƏYƏ GÖTÜRÜB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1376
			
	
        
		
			
		
		
	
	
		Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy İstilik  Elektrik Stansiyasında yanğına səbəb olub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, FHN-in Türkiyədə olan yanğın-xilasetmə qüvvələri bununla əlaqədar yerli qüvvələrlə birlikdə İstilik Elektrik Stansiyasında baş verən yanğını avqustun 5-də səhər saatlarında söndürməyə müvəffəq olublar. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb. Hər iki İstilik Elektrik Stansiyasının bölgənin elektrik enerjisi ilə təchizatında strateji rol oynadığı nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				