ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ MÖVQELƏRİMIZİ ATƏŞƏ TUTUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1307
			
	
        
		
			
		
		
	
	
		Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək  Çəmbərək  rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				