DAVUDOBA KƏND AVTOMOBİL YOLUNUN ASFALTLAMA İŞLƏRİNƏ BAŞLANILIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 345
			
	
        
		
			
		
		
	
	
		Davudoba kənd avtomobil yolunun asfaltlama işlərinə başlanılıb.   Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yenidənqurma və asfaltlama işlərinə başlanan Davudoba kənd avtomobil yolunda aparılan işlərin gedişi ilə tanış olub. Rayon rəhbəri aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Habelə rayon İcra Hakimiyyətinin başçısı kənd sakinləri ilə də görüşərək onların qayğıları ilə maraqlanıb. Kənd sakinləri öz növbələrində onlara göstərilən yüksək diqqətə və qayğıya görə, habelə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində olduqca böyük layihələrin icrası üçün Sərəncamlar vermiş ölkə Prezidenti cənab İlham Əliyevə, həmçinin rayonun avtomobil yollarının müasir səviyyəyə çatdırılmasında rolu olan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova və Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədova, bu sahədə əməyi olan hər bir kəsə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, asfaltlama işləri aparılacaq 2 kilometrlik yol Davudoba kəndinin mərkəzindən keçməklə əsas yola birləşdiriləcəkdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				