BU ŞƏXSLƏR TƏHLÜKƏSİZLİK KƏMƏRİ TAXMAYA BİLƏR
Baxış sayı: 10
Müasir təhlükəsizlik kəmərinin (remen) tətbiq edildiyi ilk avtomobil 1959-cu ildə buraxılan “Volvo PV 544” olub. Təhlükəsizlik kəmərini ixtirası isə mühəndis Nils Bolinə məxsusdur. Keçmiş SSSR-də 1970-ci ildən istehsal edilən avtomobillərə təhlükəsizlik kəmərləri quraşdırılmağa başlanıldı. 1984-cü ildə Almaniyada ilk dəfə sürücü və ön sərnişin təhlükəsizlik kəmərlərindən istifadə etmədiyinə görə cərimə tətbiqinə başlanılıdı. Ümumiyyətlə avtomobildə təhlükəsizlik kəmərini bağlamaq həyatımızı xilas edə biləcək ən vacib amillərdən biridir. Lakin qanunvericilikdə bəzi istisna hallar nəzərdə tutulub ki, bu zaman təhlükəsizlik kəmərindən istifadə edilməməsinə icazə verilir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37.6 - cı maddəsinə əsasən, 12 yaşınadək uşaqlar, Hamilə qadınlar, Nəqliyyat vasitəsini geriyə doğru idarə edən (geriyə manevr edən) sürücülər, Sürücülüyü öyrənən şəxs avtomobili idarə edərkən həm onun özü, həm də sükan arxasında əyləşən təlimçi (öyrədən şəxs) və Yaşayış məntəqələrində olarkən - operativ nəqliyyat vasitələrinin yəni, təcili tibbi yardım, yanğınsöndürən, polis və digərlərinin həm sürücülərinə, həm də sərnişinlərinə təhlükəsizlik kəmərini bağlamamağa icazə verilir.
