BU İL LƏNKƏRANDA KİVİ YIĞIMINA TEZ BAŞLANILIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1418
			
	
        
		
			
		
		
	
	
		Lənkəranda kivi bağlarında məhsul yığımına başlanılıb. Ötən illərdən fərqli olaraq bu il bağlardan tez yığılan  kivi xarici bazarlara göndərilir. Havaların əlverişli keçməsi bağlarda məhsuldarlığa müsbət təsir edib. Təsərrüfat sahibi Rəftarə Şükürovanın İstisu qəsəbəsində 15 hektar sahədə yaratdığı sitrus vadisində digər sitrus ağacları ilə yanaşı, 3 hektardan çox kivi bağı var. 2000 ağacın əkildiyi bu bağdan 6-cı ildir ki, kivi yığılır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				