BU GÜNDƏN BİR SIRA MƏHDUDİYYƏTLƏR LƏĞV EDİLİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1414
			
	
        
		
			
		
		
	
	
		Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin  və “Mall”arın, çimərliklərin, dini ibadət yerlərinin və İdman sağlamlıq obyektlərinin fəaliyyətinə icazə verilirbu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub. Məscidlərdə yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Qərara əsasən, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				