BRİTANİYADA “BÖYÜK YEDDİLƏR” SAMMİTİ BAŞA ÇATIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1322
			
	
        
		
			
		
		
	
	
		Böyük Britaniyada iyunun 11-dən 13-dək keçirilən G7 (“Böyük yeddilər”) sammiti sona çatıb.Böyük Britaniya,  Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı liderlərinin iştirak etdiyi G7 zirvə görüşünü Boris Conson bağlayıb. G7 zirvəsinin əsas gündəm maddələrindən biri iqlim dəyişikliyi olub.Liderlər zirvədən sonra 25 səhifədən ibarət yekun bəyannamə qəbul edib. Bəyannamədə G7 ölkələri ehtiyac duyulan ölkələrə 1 milyard doza koronavirus peyvəndi bağışlayacaqlarını açıqlayıb. Həm də dünyada qlobal peyvənd istehsal gücünün artırılmasına, pandemiya üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə və peyvəndin inkişaf müddətlərinin qısaldılması üçün elmə dəstək verməyə borclu olduqlarını bildiriblər.G7 ölkələri kasıb ölkələrdə məşğulluğa və sərmayəyə kömək edəcəklərini açıqlayıblar. Liderlər qlobal istiliyin artımını 1,5° C-yə qədər məhdudlaşdıraraq yaşıl inqilab etməyi qərara alıblar. 2050-ci ilədək sıfır emissiya, 2030-cu ilədək tullantıları iki dəfə azaldacaq və bu tarixə qədər quru və dənizlərin ən az 30 faizini qoruyacaqlarına söz veriblər.Qeyd edək ki, Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikası tədbirdə qonaq ölkələr qismində iştirak ediblər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				