"BE-200ÇS" TİPLİ AMFİBİYA TƏYYARƏSİ TÜRKİYƏ RESPUBLİKASINA YOLA SALINIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1386
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS"  tipli amfibiya təyyarəsi Türkiyə Respublikasına yola düşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də saat 10:00-da yola düşüb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da ikinci qrup - 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici Türkiyəyə yola düşüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				