BAYRAMQABAĞI UCUZ ALIŞ-VERIŞ ETMƏK İSTƏYƏNLƏR ÜÇÜN ŞAD XƏBƏR
Baxış sayı: 14
Əziz qubalılar və rayonumuzun qonaqları, 14-15 mart 2026-cı il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində Novruz və Ramazan bayramları münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçirilir. Yarmarkada kəndlərdən olan fermerlər və ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazardan daha ucuz qiymətlərə təklif edirlər. Yarmarkanın keçirilməsində məqsəd bayram öncəsi rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısını almaqdır. Yarmarka qeyd olunan tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcək. Quba Rayon İcra Hakimiyyəti hər bir rayon sakinini və rayonumuzun qonaqlarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edir və hər kəsi bayram yarmarkasına dəvət edir.
