AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ YENİDƏN ATƏŞƏ TUTULUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1315
			
	
        
		
			
		
		
	
	
		Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış  məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				