AVQUSTUN 2-Sİ AZƏRBAYCAN KİNOSU GÜNÜDÜR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1403
			
	
        
		
			
		
		
	
	
		Bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir. Fransada keçirilmiş ilk kinoseansdan  iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur. Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				