AMSAR KƏNDİNİN ÖZ TİBB MƏNTƏQƏSİ OLACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 657
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Amsar kənd kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon Polis  şöbəsinin rəisi, rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				