ADPU-NUN QUBA FİLİALINDA YAZ İMTAHAN SESSİYASI ÖZ İŞİNƏ BAŞLAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1353
			
	
        
		
			
		
		
	
	
		ADPU-NUN QUBA FİLİALINDA YAZ İMTAHAN SESSİYASI ÖZ İŞİNƏ BAŞLAYIB.Imatahan sessiyasına ictimai  nəzarət məqsədilə yaradılan     İctimai Şura üzvləri Azərbaycan Dövlət Pedaqoji Universiteinin Quba filialında imtahan prosesinin təşkilini izləMƏK üçün bir araya gəliblər. Müşahidə prosesində istirak edənlər əvvəlcə instititun maddi texniki bazasıyla yaxından tanış olublar. filialın direktoru dos. Yusif Alıyev qonaqlara institutla  bağlı ətraflı  məlumat veribIctimai şura üzvləri - Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Yusif Abidov, Qafqaz TV-nin direktoru Eltən Qədimbəyli, Quba şəhər 3 saylı tam orta məktəbin direktoru Sara Ağayeva, Quba şəhər təbiət fənlər təmayülllü liseyin direktoru Eynulla Camalov və  Quba Mədəniyyət İdarəsinin rəisi Fuad Orucov yaradılan şəraitlə tanış olublar.Daha sonra İctimai müşahidə zamanı şura üzvləri İmtahan Qərargahında olaraq prosesin pərdə arxasını izləyiblər. Prosesin filialdakı yüksək İKT imkanları, kompüter texnologiyaları vasitəsilə, məsafədən təşkil edildiyi məlum olub. İmtahanlarda kənar müdaxilənin tamamilə yolverilməzliyi, şaffaflığın təmin  olunması qeyd edilib.Filialın direktoru dos. Yusif Alıyev şura üzvlərinə imtahanların təşkili qaydalarını, prosedur qanunauyğunluqlarını izah edib. Direktor həmçinin ADPU Quba filialında yeni yaradılmış ixtisaslar, əlavə edilən plan yerlərindən söz açıb. Bildirib ki, hər bir ixtisasın tədrisində peşəkarlıq, innovativlik gözləniləcək. Dos. Yusif Alıyev yaxın gələcəkdə filialda STEAM əsaslı təhsilin əsasının qoyulacağı müjdəsini verib. Həmçinin gələn il filialda magistratura səviyyəsi üzrə də tədrisin aparılacağı qeyd edilib. Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Yusif Abidov imtahan prosesini izlədikdən sonra bildirib ki, imtahanların yüksək səviyyədə təşkilindən, gördüyü maksimum şəfaflıqdan məmnundur.İctimai Şuranın digər üzvü, Qafqaz TV-nin  BAŞ direktoru Eltən Qədimbəyli də müşahidə təəssüratlarını bölüşün. Xatırladıb ki, koronavirus pandemiyasının ən kəskin vaxtlarında ADPU Quba filialı Azərbaycan ali təhsil məkanında bir ilkə imza ataraq Qazfqaz TV ilə əməkdaşlıq çərçivəsində telemühazirələr təşkil edib.Ümumilikdə yaz imtahan sessiyası 5 iyul tarixinədək davam edəcək. Həmçinin imtahan nəticələrindən narazı qalan və məsələyə apellyasiya qaydasında baxılmasını arzu edən tələbələr fənnin imtahanından 48 saat ərzində elektron formada ADPU-nun Quba filialının Apellyasiya komisiyasına müraciət edir.Bir sözlə ,İmtahan və apellyasiya proseslərində şəffaflıq və düzgünlük sistemli və innovativ fəaliyyət nəticəsində tam təmin olunub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				