ABŞ İRANI, İRAN İSƏ ABŞ-I TƏHDİD EDİR
Baxış sayı: 50
ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu hazırda telefon danışığı aparır. Bu barədə bilgini ABŞ mediası yayıb. Bilgidə deyilir ki, İrana tam kapitulyasiya üçün 48 saat vaxt verilə bilər. İran imtina edərsə, ABŞ İsraillə birgə Fordodakı uran zənginləşdirmə obyektinə zərbə endirəcək. İlkin birgə hücum 19 iyuna planlaşdırılıb. “Nyu York Tayms” nəşri isə yazır ki, ABŞ İsrailin İranla apardığı müharibəyə qoşulacağı təqdirdə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları vurulacaq. Qeyd olunur ki, İran artıq tədbirini görüb və Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirmək üçün raketləri və hərbi vasitələrini hazır vəziyyətə gətirib.
Ekspertlərin fikirincə əgər ABŞ İrana açıq müdaxilə etsə, Rusiya və Çin də müharibəyə qoşulacaq. Bu isə 3-cü Dünya müharibəsi demək olacaq. Xatırladaq ki, Rusiya ABŞ-ın müharibəyə qoşulmasının dəhşətli nəticələri ilə bağlı artıq xəbərdarlıq edib.