3 SƏRHƏD KEÇİD MƏNTƏQƏSİ ARASINDA AVTOMOBİL YOLUNUN TİKİNİSİ DAVAM EDİR

Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir. Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanlı və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırılır. 4 zolağa genişləndirilən yolun ümumi uzunluğu 23.5 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr təşkil edir. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində torpaq yatağının və yol əsasının tikintisi işləri həyata keçirilir.