ZAKİR HƏSƏNOV TÜRKİYƏDƏ KEÇİRİLƏN SƏRGİDƏ İŞTİRAK EDİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1379
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli  müdafiə naziri Hulusi Akarın dəvəti ilə avqustun 17-də İstanbulda keçirilən “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Zakir Həsənov sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin “ASELSAN”, “ROKETSAN”, “HAVELSAN”, “ASPİLSAN” və digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				