XUCBALADA FUTBOL MEYDANÇASI ŞƏHİDİN ADINI DAŞIYACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 384
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.  Qəbulda Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Xucbala kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olub.
    
        
                    
            
		
	
				
				
		
	
	
				