XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLAR ÜÇÜN TƏDBİR

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin, Quba rayon Heydər Əliyev Mərkəzinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə Quba İdman, İstirahət Təlim və Tədris Kompleksində “Sağlam gələcək naminə” devizi altında xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında “Şən startlar” əyləncəli idman tədbiri keçirilmişdir. Tədbirin açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, “Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri Tünzalə Abduləlimova, Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin sədri Vüsalə Kərimova və qonaqlar çıxışlar etmişlər. Daha sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında müxtəlif oyunlar keçirilmşdir. Oyunlardan sonra uşaqlara sertifikatlar, hədiyyələr təqdim edilmişdir. Tədbirin sonunda xatirə şəkli çəkdirlimişdir.