TÜRKİYƏDƏ YENİ TƏDRİS İLİNƏ HAZIRLIQ İŞLƏRİNƏ BAŞLANILIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1381
			
	
        
		
			
		
		
	
	
		Milli təhsil naziri Mahmut Özer bu barədə ölkənin bütün vilayətlərinin təhsil idarələrinə yazılı təlimat göndərib.  Bildirilir ki, Milli Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən bütün təhsil müəssisələrində yeni tədris ili sentyabrın 6-da başlanacaq. Ötən illərdəki kəsir problemləri ilə bağlı qərarlar sentyabrın 12-də icra olunmalıdır. Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə növbəti tədris ilində dərslər əyani başlanacaq və yeni növ koronavirus (COVID-19) infeksiyası risklərini aradan qaldırmaq üçün bəzi mühüm tədbirlər görüləcək. Təhsil müəssisələrində çalışan peyvənd olmayan işçilər və müəllimlər həftədə məcburi qaydada infeksiyaya qarşı iki dəfə test olunacaqlar. Bundan başqa, maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək məcburidir. Məktəb nəqliyyat servislərində və yeməkxanalarda da sərt tələblər və xüsusi qaydalar tətbiq olunacaq.
    
        
                    
            
	
	
				
				
		
	
	
				