TÜRKİYƏDƏ İLK YÜK PUA-SI SINAQDAN KEÇİRİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1495
			
	
        
		
			
		
		
	
	
		Türkiyədə yerli istehsal olan ilk yük pilotsuz uçuş aparatının sınaqları keçirilib. KARGO-150 çoxpərli  pilotsuz uçuş aparatı 50 dəqiqə müddətində 150 kiloqramadək yük daşımaq gücündədir. PUA "Aselsan" və "Altınay Savunma" şirkətləri tərəfindən istehsal olunub. KARGO-150 40 kilometr məsafəyə yükü çatdırıb geri dönə biləcək. Qeyd olunur ki, KARGO-150-nin yüklə birgə ağırlığı 730 kiloqrama çatır. Aparatın uçuş sürəti 100 kilometr/saata çatır. Pilotsuz uçuş aparatı əsasən, hərbi yüklərin, silah-sursat, eləcə də yanacağın əsgərlərə çatdırılması üçün nəzərdə tutulur.
    
        
                    
            
	
	
				
				
		
	
	
				