TÜRKİYƏDƏ GƏMİ ƏLEYHİNƏ RAKETİN SINAQLARI KEÇİRİLİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1407
			
	
        
		
			
		
		
	
	
		Türkiyənin gəmi əleyhinə "Atmaca" raketi ordunun silahlanmasına daxil olmasından əvvəl son sınaq zamanı  gəmi şəklində hədəfini uğurla vurub.bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb. Dövlət başçısının sözlərinə görə, həlledici test buraxılışı bu gün həyata keçirilib: "Gəmi əleyhinə "Atmaca" raketi ilk dəfə Silahlı Qüvvələrin arsenalına daxil olmasından əvvəl bugünkü son sınaq zamanı gəmi şəklində hədəfi vurub. Silahlı qüvvələrimizə və donanmamıza uğurlar arzulayıram".
    
        
                    
            
	
	
				
				
		
	
	
				