TÜRKİYƏDƏ BÜTÜN MEŞƏ YANĞINLARI SÖNDÜRÜLÜB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1426
			
	
        
		
			
		
		
	
	
		Hazırda Türkiyədə söndürülməyən meşə yanğınları qalmayıb. Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik  naziri Bekir Pakdemirli bildirib. "Ölkəmizdəki bütün meşə yanğınları söndürülüb", - deyə Pakdemirli tvitterdəki hesabında yazıb. O, əlavə edib ki, böyük meşə yanğınlarının başladığı 28 iyuldan Türkiyənin 54 əyalətində 299 yanğın ocağı nəzarət altına alınıb və söndürülüb. “Nəfəsimiz üçün savaşan meşə qəhrəmanları var olun”, - deyə nazir digər paylaşımında bildirib. Daha əvvəl ölkənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib ki, Türkiyədə meşə yanğınları zamanı ölənlərin sayı 8 nəfərə çatıb, zərərçəkənlərin sayı 860 nəfəri ötüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				