SON DƏQİQƏ! ZƏNGƏZUR DƏHLİZİ BU CÜR AÇILIR
Baxış sayı: 35
Ermənistan hökuməti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün nəzərdə tutulan Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşıb. Bu barədə İspaniyanın “Periodista Digital” nəşri İrəvan və ABŞ arasında “gizli memorandum”un məzmununa istinadən bilgi yayıb.Verilən bilgiyə görə, sənəd Ermənistanın Zəngəzur rayonu ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur:“Bu marşruta müvəqqəti “Tramp körpüsü” adı verilib. Nəqliyyat dəhlizi özəl Amerika şirkəti tərəfindən idarə olunacaq. Marşrutdan istifadədən İrəvan gəlirin cəmi 30%-ni alacaq”. Nəşr iddia edib ki, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib: “Memorandumda həmçinin Ermənistan ərazisinə ABŞ-ın əhəmiyyətli qüvvələrinin yerləşdirilməsi də nəzərdə tutulub. Lakin söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək”-deyə nəşr yazıb.
Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı təklifini açıqlamışdı. Onun sözlərinə görə 32 kilometrlik marşrut Amerika şirkətinə 100 illik icarəyə verilir və hər kəsin istifadəsinə açılır.