SƏRBƏST GÜLƏŞÇİMIZ HACI ƏLİYEV TOKİO OLİMPİADASINDA GÜMÜŞ MEDALA SAHİB OLUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1387
			
	
        
		
			
		
		
	
	
		Sərbəst güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasında Azərbaycanın aktivinə növbəti gümüş medalı  yazdırıb. İdmançımız finalda Yaponiya təmsilçisi, dünya və ikiqat Asiya çempionu Takuto Otoquro ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:4 hesabı ilə rəqib güləşçinin xeyrinə başa çatıb. Bununlada Hacı Əliyev “Tokio-2020”də gümüş medalla kifayətlənməli olub. Hazırda Azərbaycan millisinin aktivində 2 gümüş və 3 bürünc medal var. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev və karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.
    
        
                    
            
	
	
				
				
		
	
	
				