QUBALILAR ZƏFƏR GÜNÜNÜ BELƏ QEYD ETDİLƏR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 396
			
	
        
		
			
		
		
	
	
		Ölkənin hər bir yerində olduğu kimi Zəfər bayramı Qubada da xüsusi coşqu ilə keçirilib. Gün ərzində rayonda tarixi günlə bağlı silsilə tədbirlər baş tutub.  Səhər saatlarında şəhid ailələri, veteranlar,rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Quba Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edib. Ziyarət gün ərzində davam edib. Günün ikinci yarısında Quba "Asan Xidmət" mərkəzinin qarşısında bayram konserti keçirilib. Konsert proqramından sonra “Quba meydanı” mədəniyyət və istirahət parkında tanınmış dijeyin iştirakı ilə bayram şənliyi davam edib. Konsert proqramı atəşfəşanlıqla başa çatıb.
    
        
                    
            
		
	
				
				
		
	
	
				