QUBADA AĞIR QƏZA: BİR NƏFƏR ÖLDÜ

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qafqaz TV-nin verdiyi bilgiyə

görə, qəza rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi “Lada Niva” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza zamanı avtomobildə sərnişin qismində olan, 2003-cü il təvəllüdlü Fəqan Ədilov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilov da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar tibbi yardım üçün xəstəxanaya çatdırılıblar. Hadisənin başvermə səbəbləri və qəzanın hansı şəraitdə baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır.