QUBADA ÜÇ KƏNDİN ADI DƏYİŞDİRİLİR
Baxış sayı: 8
Milli Məclisin mayın 12-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.Belə ki, layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndinin adı Elbir kəndi olaraq dəyişdirilir və həmin inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilir. Eyni zamanda, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibindəki Alekseyevka kəndinin adı Çinarlı kəndi, Timiryazev kəndinin adı isə Bəhrəli kəndi olaraq dəyişdirilir və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab olunur. Qeyd edək ki, bu dəyişikliklər Qubanın hər qarış torpağının milli ruhunu qorumaq və gələcək nəsillərə öz doğma adlarımızla ötürmək üçün atılan qətiyyətli addımlardır.
