QUBA-QUSAR SEÇKİ DAİRƏLƏRİ ÜZRƏ SAAT 10:00-A OLAN SEÇICI FƏALLIĞI AÇIQLANDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 429
			
	
        
		
			
		
		
	
	
		Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkisi keçirilir. 59 saylı Quba və 60 saylı Quba-Qusar Dairə Seçki  Komissiyalarından saat 10:00-a olan bilgiyə görə, artıq 10 faizə yaxın seçici səsvermədə iştirak edib.Hazırda bəzi məntəqələrdə seçkini müşahidə edən yerli müşahidəçilərin sözlərinə görə daha əvvəlki seçkilərlə müqayisədə bugunki seçkidə aktivliyin çox aşağı olduğu bildirir.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir. 59 saylı Quba və 60 saylı Quba-Qusar Dairə Seçki Komissiyaları üzrə deputat mandatı uğrunda 17 namizəd mübarizə aparır. Seçki saat 08:00-da başlayıb və saat 19:00-a qədər davam edəcək. Hər iki məntəqə üzrə seçicilərin ümumi sayı 103 min 039 nəfərdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				