QAYIDIŞ SEVİNCİ AĞDAM VƏ QUZEYXIRMANDA

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu mərhələdə Ağdam şəhərinə 238 nəfərdən ibarət 70 ailə , Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 34 nəfərdən ibarət 8 ailə köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.