QARABAĞ ZƏFƏRİ TÜRKİYƏDƏ QEYD OLUNDU

Qarabağ Zəfərinin 6-cı ildönümü İğdırda minlərlə insanın iştirak etdiyi möhtəşəm bir

yürüşlə qeyd olundu. Türkiyə və Azərbaycan bayraqlarını daşıyan 4000-dən çox insan "iki dövlət, bir millət" mesajını vurğulayaraq, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı bütün dünyaya bir daha nümayiş etdirdi. İğdır Valiliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğu tərəfindən təşkil olunan zəfər proqramı çərçivəsində sakinlər əvvəlcə Heydər Əliyev Parkının qarşısında toplaşdılar. Atatürk küçəsi, Zübeyde Hanım bulvarı və Vali Yolu boyunca davam edən yürüşdə minlərlə insan musiqi sədaları altında, Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıraraq təxminən 5 kilometr məsafə qət ediblər. Yürüş boyu iştirakçılar Türkiyə və Azərbaycan arasındakı qardaşlığı tərənnüm edən şüarlar səsləndirərək, Qarabağ Zəfərinin sevincini bölüşdülər.Yürüş iştirakçıları Azərbaycan xalqı ilə həmrəyliklərini ifadə edərək, Qarabağ Zəfərinin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunu vurğulayıblar.Böyük coşqu ilə keçən yürüş Vali Yolunun sonunda başa çatıb. İğdırda baş tutan bu əlamətdar tədbir Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq və həmrəylik bağlarının daha bir bariz nümunəsidir.