PREZİDENT İLHAM ƏLİYEV ŞABRANDA AVTOMOBİL YOLUNUN TİKİNTİSİNƏ 1,1 MİLYON MANAT VƏSAİT AYIRIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1321
			
	
        
		
			
		
		
	
	
		Prezident İlham Əliyev avqustun 5-də Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə  6 km-lik dövlət sərhədi–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
   "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi - Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,1 milyon (bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
    
        
                    
            
	
	
				
				
		
	
	
				