PAŞİNYANDAN ATƏT-İN MİNSK QRUPUNA AĞIR İDDİALAR
Baxış sayı: 11
ATƏT-in Minsk qrupu bu ölkələrin Qarabağ münaqişəsinin həllinə imkan verməməsi üçün yaradılıb. Bunu hazırda məzuniyyətdə olan və hakim “Mülki Müqavilə” partiyasının namizədlərinin proporsional siyahısına başçılıq edən Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyada seçkiqabağı debat zamanı deyib. O, bunu müxtəlif vaxtlarda həll olunmamış münaqişənin bu ölkələrin maraqlarına uyğun olması ilə əlaqələndirib. Biz 2031-ci ilə qədər Azərbaycanla sülh sazişinin imzalanmasını və ratifikasiya edilməsini qarşımıza məqsəd qoymuşuq. O, həmçinin şimal və cənub istiqamətlərində dəmir yolu xidmətinə başlamaq, sərhədlərin tam açılmasına nail olmaq, Ermənistan ərazisindən neft və qaz kəmərləri və elektrik xətləri çəkmək planlarını da açıqlayıb. Paşinyan onuda əlavə edib ki, hakim partiya hətta həmin vaxta qədər Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasına da nail olmaq niyyətindədir. Qeyd edək ki,Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri Baş nazir Nikol Paşinyanın siyasi gələcəyi ilə yanaşı, ölkənin qarşıdakı dövrdə hansı xarici siyasət kursunu izləyəcəyini müəyyənləşdirəcək kritik mərhələ hesab olunur. Paşinyanın Türkiyə və Azərbaycanla normallaşmanı, Qərblə yaxınlaşmanı və Ermənistanın regional nəqliyyat və enerji xətlərinə inteqrasiyasını prioritet hesab edən siyasəti Rusiyaya yaxın köhnə siyasi dairələr, separatçılar və millətçi müxalifət tərəfindən sərt şəkildə tənqid olunur. Buna görə də seçkilərin nəticəsi Ermənistan daxilindəki adi hakimiyyət mübarizəsini aşaraq, Cənubi Qafqazda sülh prosesinin, müharibədən sonrakı regional nizamın və Orta Dəhlizlə bağlı müzakirələrin gələcəyinə birbaşa təsir göstərəcək.
