OKTYABRIN 22-NƏ HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin verdiyi bilgiyə əsasən, oktyabrın 22- də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Səhər saatlarında mülayim cənub-şərq küləyinin cənub-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir. Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 11-15 dərəcə, gündüz isə 17-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-74 faiz, gündüz 60-65 faiz arasında dəyişəcək. Azərbaycanın rayonlarında Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər ayrı-ayrı dağlıq rayonlarda duman olacağı proqnozlaşdırılır. Bölgələrdə havanın temperaturu gecə 07-10 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 05-07 dərəcə, gündüz 08-12 dərəcə isti gözlənilir.