NİZAMİ GƏNCƏVİYƏ HƏSR OLUNMUŞ VERİLİŞ YAYIMLANIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1462
			
	
        
		
			
		
		
	
	
		Misirin “Nil” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş  veriliş yayımlanıb. verilişdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb. Şərqin dahi şair və mütəfəkkirinin həyatı, zəngin yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				