KİÇİK QALA QALAÇA
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1493
			
	
        
		
			
		
		
	
	
		Müdafiə Nazirliyiy işğaldan azad edilən yuird yerlərinin video görüntülərinin yaymaqda davam edir. Görüntüləri  yayımlanan növbəti kənd  Qalaça kəndidir.Qalaça — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazisində yerləşir.Kənd Minkənd çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanmışdır. Oykonim “kiçik qala” mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə “Top Qalaça” adlanır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə əsas məşğuliyyət heyvandarlıq olub. 28 illik işğal altında qaldıqdan sonra 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib
    
        
                    
            
	
	
				
				
		
	
	
				