İLQAR MAHMUDOV ŞƏHİDLƏR ABİDƏ-XATİRƏ KOMPLEKSİ İLƏ TANIŞ OLDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 457
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Güləzi kənd inzibati ərazi dairəsinin Afurca kəndində vətəndaşların səyyar qəbulunu keçirib.  Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon rəhbəri tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər abidə-xatirə kompleksi ilə tanış olub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				