İLAXIR ÇƏRŞƏNBƏ - TORPAĞIN OYANDIĞI GÜNDÜR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 604
			
	
        
		
			
		
		
	
	
		Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur. Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu  çərşənbə olduğu üçün, həm də bu çərşənbə İlaxır çərşənbə kimi tanınır.  Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb “papaqatma” mərasimini icra edirlər. Papaq atılandan sonra gizlənirlər. Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				