İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏR ÜZRƏ ŞƏHƏR GÜNLƏRİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 566
			
	
        
		
			
		
		
	
	
		Azərbaycanda 8 Noyabr - Şuşa Şəhəri Günüdür. 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.  Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il bu günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust - Laçın Şəhəri Günü; 4 oktyabr - Cəbrayıl Şəhəri Günü;
17 oktyabr - Füzuli Şəhəri Günü; 20 oktyabr - Zəngilan Şəhəri Günü;
25 oktyabr - Qubadlı Şəhəri Günü; 8 noyabr - Şuşa Şəhəri Günü;
20 noyabr - Ağdam Şəhəri Günü; 25 noyabr - Kəlbəcər Şəhəri Günü.
    
        
                    
            
	
	
				
				
		
	
	
				