HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN ÜZƏRİNƏ TÜRKİYƏNİN BAYRAĞI VİDEOPROYEKSİYA OLUNUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1361
			
	
        
		
			
		
		
	
	
		Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub. Meşə yanğınlarına qarşı  mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub. Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak ediblər. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvlərilə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				