HAVALAR KƏSKİN DƏYİŞDİ, SULU QAR GÖZLƏNİLİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 443
			
	
        
		
			
		
		
	
	
		Sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 
Milli Hidrometeorologiya Xidmətindən  verilən bilgiyə görə, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar və Dağlıq Şirvanda yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				