GÜLƏŞÇİ TURAN BAYRAMOV DÜNYA ÜÇÜNCÜSÜ OLUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1376
			
	
        
		
			
		
		
	
	
		Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Sərbəst güləşçimiz Turan  Bayramov (74 kq) 1/8 finalda almaniyalı idmançını vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması Turan Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib. Ancaq Macarıstan idmançısı xalçaya çıxmadığı üçün güləşçimiz birbaşa üçüncü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Rusiya təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesabla qələbə qazanan Turan Bayramov dünya üçüncüsü olub.
.
    
        
                    
            
	
	
				
				
		
	
	
				